Benim Anasayfam

Servet Esed – Neden Oldu 2024 (Yeni Klip) 4K

1723996182_maxresdefault.jpg



Sərvət Əsəd – Nədən Oldu

Söz: Bəxtiyar Vahabzadə
Musiqi: Sərvət Əsəd
Aranjiman / Mix Master: Faiq Guliyev
Clip Maker: Abdul İsayev
Studio : BQ studio
Grim: Selin Azizova
PR Menecer: Nadir Kərimov

“Nədən Oldu” Sözləri

[Bənd 1]
Əllərini üzüb məndən,
Yarım birbaş gədən oldu.
Can deyib, can eşidərdik
Bu ayrılıq nədən oldu?

Qızılgüləm, dəstəyəm mən,
Bülbüləm, qəfəstəyəm mən.
Gəzirəm mən qəmli-qəmli,
Görən deyir xəstəyəm mən.

[Nəqarət]
Yandı ürək yaman oldu,
Gül bağçamda xəzan oldu.
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu.

[Bənd 2]
Bu həsrətdən, bu möhnətdən
Gözümün yaşı dən-dən oldu
Amma səndən ayrı gəzən,
Ürək deyil bədən oldu.

[Nəqarət]
Yandı ürək yaman oldu,
Gül bağçamda xəzan oldu.
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu.

Sərvət Əsəd – in ifa etdiyi bütün audio və video məzmunlar “NK Media” tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

#ServetEsed #NedenOldu #ServetEsed2024

source

Exit mobile version