«



Müəllimlər:
PhD.c Rzalı Şəmsi və Rəhimli Həsən

Rzalı Şəmsi:
1994-cü ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2015-ci ildə “T.C Kırıkkale Üniversitesi”-nin İqtisadiyyat və İdarəetmə Fakültəsindən məzun olmuş və bakalavr dərəcəsini almışdır. 2019-cu ildə T.C Kırıkkale Üniversitesi “Sosyal Bilimler Enstitüsü”-nun (Sosial Elmlər İnstitutu) İqtisadiyyat bölməsini əla qiymətlərlə bitirərək magistr dərəcəsinə yiyələnmişdir. Eyni il isə “Bursa Uludağ Üniversitesi” Sosyal Bilimler Enstitüsü`nün (Sosial Elmlər İnstitutunun) İqtisadiyyat bölməsinə qəbul olmuş və dərs smestrini müvəffəqiyyətlə bitirmişdir. Hal-hazırda Bursa Uludağ Universiteti Sosial Elmlər İnstitutu İqtisadiyyat bölməsində Doktorantura təhsilinə davam edir və Lənkəran Dövlət Universiteti İqtisadiyyat və İnnovativ İdarəetmə kafedrasının müəllimidir

Rəhimli Həsən:
1993-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə isə “Kommersiya fəaliyyəti” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ilin fevral ayında Lənkəran Dövlət Universitetində “Sahə iqtisadiyyatı” ixtisası fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə (dissertant) qəbul olmuşdur. “Ali təhsil sektorunda universitet-biznes-dövlət əlaqələri və onun tənzimlənməsi istiqmətləri” mövzusunda dissertasiya üzərində işləyir. 2017-2018-ci ildən Lənkəran Dövlət Universitetinin mətbəəsində cildçi, daha sonra “İqtisadiyyat və idarəetmə” fakultəsində baş laborant vəzifələrində işləmiş, 17.09.2019-cu il tarixindən etibarən isə “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1.0 ştat müəllim vəzifəsində çalışır.

İzlədiyiniz videoda olan xətalar, əlavə məlumatlar və suallarınız üçün shamsi.rzali@gmail.com və rahimli.h@hotmail.com

source

Bir Cevap Yaz

cakir Hakkında

Bir Cevap Yaz

Yorum yapabilmek için girişyapmalısınız.